Hollivudun ən parlaq cütlüyü olaraq ötən 12 ilə damğasını vuran Ancelina Coli və Bred Pit cəbhəsində sular durulmur.
AzNews.az xarici mətbuta istinadən xəbər verir ki, cütlük uşaqların vəlayəti ilə bağlı heç cürə anlaşa bilmirlər. Hətta onların boşandıqdan sonra üz-üzə gəlib danışmadıqları ortaya çıxıb.
Ancaq cütlük arasındakı əsas problem təkcə bu deyil. Boşandıqdan sonra uşaqlarını görməyən Bred Pit üçün daha kədərli bir hadisə baş verib.
US Weekly jurnalında çıxan bir xəbərə görə cütlüyün 15 yaşlı oğlu Maddox atasını görmək istəmir. Bred Pitin uşaqları ilə görüşdüyü gün Maddox atasını görməkdən imtina edib. O anası Ancelina Coli ilə qalmağa üstünlük verib.
Aktual.az
Xəbər 356 dəfə oxunub.