Xalq artisti Tariyel Qasımov oğlundan şikayətlənib.
Aktual.az axşam.az-a istinadən xəbər verir ki, aktyor övladının 45 yaşı olmasına baxmayaraq, hələ də evlənmədiyini bildirib:
“25 yaşımda ailə qurmuşam. Oğlum mənə oxşamadı. 45 yaşı var, hələ də subaydır. Yaraşıqlıdır, maşını, evi, hər bir şəraiti var. Amma ailə qurmaqdan qaçır. Nə qədər məsləhət versəm də, qulaq asmır. Söz verib ki, 46 yaşında evlənəcək. İndi onu gözləyirəm. Aqil M.Quliyev kimi dostu var. Necə olacaq”.
Xəbər 1165 dəfə oxunub.