"Oğlum bir milyon borca görə həbs olunmuşdu" - DEPUTAT ETİRAF ETDİ


Eks-deputat Fərhad Qəribov külli miqdarda borcunun olması və bu səbəbdən həbs ediləcəyi, eyni zamanda oğlunun tutulduğu haqda iddialara aydınlıq gətirib.

F.Qəribov Modern.az saytına açıqlamasında Bəzi KİV-lərdə yazılanların doğru olmadığını deyib:

“Rəhbəri olduğum “Debütbank” illər əvvəl ləğv edilib. Orada problem də olmayıb. Bu barədə heç ümumiyyətlə söhbət getməyib. Qərar verilib, bank ləğv edilib, bununla da iş bitib. Ləğv edilən, hazırda mövcud olmayan bankda nöqsan aşkarlanması, buna görə cinayət işi açılması yalandan, uydurmadan başqa bir şey deyil”.

Oğlunun həbsdə olmasına gəlincə, Fərhad Qəribov deyib ki, bu artıq “ağ yalan”dır:

“Xeyr mənim oğlum həbsdə deyil. Oğlum 20 milyonluq obyekt tikib, cəmi 1 milyon kredit götürmüşdü. Kreditini də aybaay ödəyir. Cahangir Hacıyev saxlanılan vaxt oğlumu da çağırmışdılar, dindirildi, izahatı alındı, buraxıldı”.

Eks-deputat yalnız qanunlara arxalandığını bildirib:

“İşim yox, gücüm yox, təqaüdçü adamam. Nə istəyirlər qoy yazsınlar. Dövlət var, hüquq var, qanun var. Elə kim ağlına nə gəldi, nə istəyir yazmaqla deyil bu işlər”.

// Aktual.az

Xəbər 6407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR