Oğlu tutulan aktyor: "Məni bu yaşadır, yoxsa ürəyim partlamışdı"

Oğlu tutulan aktyor:

Biz sənət adamları həmişə pozitiv olmalıyıq. Dərd mənimdir, içimdə yaşamalı, onunla evdə məşğul olmalıyam. Kütlə arasına çıxarmaq lazım deyil.


Aktual.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Rəhman Rəhmanov "Yeri gəlmişkən" verilişində deyib. Bir müddət əvvəl oğlu Emil Rəhmanoğlu həbs edilən aktyor həyatda başına gələn hər pis hadisə ilə tez barışdığını deyib:

"Bədbinliyə qapılmaq yaxşı deyil. Olacağa çarə yoxdur. Başımıza gələn hər şeyi qəbul etməliyik. 60 yaşım var, nə dərdim olursa, həyat yoldaşımla bölüşürəm. Onu ictimailəşdirmirəm. Fikrim, dərdim olsa da, ona qapılmıram. Yoxsa insan məhv olar. 42 ildir balacalar üçün tamaşalar oynayıram, səhnəyə çıxanda bütün dərdimi unuduram. Məni bu yaşadır, yoxsa çoxdan bu dünyalıq deyildim. Mənim elə problemlərim var ki, işim olmasa, ürəyim çoxdan partlamışdı".

Qeyd edək ki, E.Rəhmanov 2005-cı ildə "Azəri-star"mahnı müsabiqəsinin iştirakçısı olub. Aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi. Bu yaxınlarda onun yenidən polis tərəfindən saxlanılması xəbəri yayılmışdı.

Xəbər 2166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR