Oğlu tərəfindən bıçaqlanan kişi öldü - Astarada

Oğlu tərəfindən bıçaqlanan kişi öldü - Astarada

Astarada bir neçə gün bundan öncə oğlu tərəfindən bıçaqlanan kişi ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara şəhəri Nizami küçəsində oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri yetirilən, sonra bıçaqlanan Dadaşov Fərhad Xəlil oğlu bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə mayın 8-də baş verib. F. Dadaşov oğlu Xəlil Dadaşov arasında pul üstündə mübahisə baş verib, bu zaman oğul atasını bıçaqlayıb.

Xəlil Dadaşov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Aktual.az
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR