Oğlu erməniyə kino çəkən atadan hansı həmrəyliyi gözləyək?!

Oğlu erməniyə kino çəkən atadan hansı həmrəyliyi gözləyək?!

Təyyarə qəzasının doğurduğu hisslər, yaşatdığı sarsıntılar hələ uzun müddət içimizdən çıxmayacaq. Çünki, unutmaq mümkün deyil: Hava bələdçisinin səsini, 13 yaşlı oğlanın anası ilə son görüşünü, həyat yoldaşını axtaran kişinin ümid dolu baxışını...

Gerçəkdən, dəhşətdir. Və bu dəhşətin içində sanki hər kəs özünə təsəlli vermək üçün bir səbəb axtarır. Ya sağ qalanlarla, ya pilotun gerçək qəhrəmanlığı ilə, ya da ixtiyari fikirlər söyləməklə, yazılar, statuslar payaşmaqla.
 
Bizim də partiya olaraq bu məqamda tək gücümüz bəyanat yaymağa çatdı. Ki, bəlkə o günahsız ruhların qarşısında az da olsa mənəvi borcumuzu ödəyə bilək. Tam 24 partiya! Yazdıq, imzaladıq və yaydıq. Amma bir baxdım, özlərini bu millətdən, bu torpaqdan, bu məmləkətdən hesab etməyənlər yenə it-bata düşüblər, yenə haralardasa məchullara qərq olublar, yenə dəvəquşu kimi başlarını yerə soxaraq gövdələrindən xəbərsiz qalıblar.

Söhbət AXCP və Müsavatdan gedir...

Vətən Müharibəsi oldu, bunları gördüm deyən tapılmadı. Savaş bitdi, nəticəyə heyfsləndilər. Şuşa geri qaytarıldı, özlərinə yer tapa bilmədilər. Xankəndi azad edildi, elə bil üzlərinə söydülər. Rus sülhməramlıları Azərbaycan torpaqlarından çıxdı, deyəcəkləri söz qalmadığı üçün oturub dərdin ən yekəsini çəkdilər.

Siz -  bu tərbiyəni kimdən və necə aldınız, bəylər?! Siz - azərbaycanlıya nifrət eləməyi, azərbaycanlının dərdi və faciəsi üzərindən dividend güdməyi, hər imkanda Azərbaycanın və azərbaycanlının ən qatı düşməni kimi davranmağı öz içinizə necə isindirə, sığdıra, əxz edə bildiniz, bəylər? Siz - namərdliyi, naqisliyi tədris edən Universitetlər yoxkən, bu sahədə "qırmızı diplom”lu məzun olmağı, dərhal da ixtisasa uyğun iş tapmağı necə bacardınız, bəylər?!

Siz – vicdan və qürur hissini rudiment hesab edərək, milli təəssübkeşliyi Paşinyanın, Makronun, Şvabenin ətəyində, dəyirmanında axtararaq, nankorluğu, rəzilliyi gündəlik həyat tərzinə çevirərək necə yaşayırsınız, bəylər?!

***

Yox, cavablandırmayın! Ehtiyac yoxdur. Bu, sadəcə ritorika və xatırlatmadır...
Çün, məntiq də, reallıq da açıq və aydın bir səslə qışqırır ki..... uzaq Kanadada  saxta "erməni soyqırımı” haqda sənədli film çəkən oğlanın atası əsla və əsla həmyərlik bəyanatana qol çəkməz, çəkə bilməz...

Londonda məşhur erməni əsilli lobbiçinin QHT-sinə rəhbərlik edən və həy ay həmin erməni sahibkarın bankından 35 min avro maaş çəkən oğlanın atası əsla və əsla millət dərdi, faciə dərdi çəkməz, çəkə bilməz...

P.S. Xəmirləri, sütunları, "yapı”ları budur. Ona görə!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri. 

Xəbər 2331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR