Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin rəisinin işdən çıxarılması barədə məlumat yayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən bildirilib ki, Fəxrəddin Əliyev 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub. İdarənin rəisi vəzifəsinin müvəqqəti icrası Pərvin Əhmədova həvalə edilib.
Xatırladaq ki, dekabrın 22-də Bakının Lökbatan qəsəbəsindəki "Zeytə" restoranında F.Əliyevin oğlu Məhərrəm Əliyev 6 nəfəri güllələyib.