Nitsada xəsarət alanlardan təqribən 50 nəfərin həyatı təhlükə altındadır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland deyib.
Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Naməlum şəxslər yük maşınını kütlənin üstünə sürüb, sonra avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.