Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.
Aktual.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, məşhur türkiyəli müğənni Ebru Gündeş uzun müddət sonra yenidən Bakıya gəlir.
Yayılan xəbərlərdə deyilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq məşhur məhz Ebru olacaq.
Məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toyun bəyi isə futbolçudur. Martın 19-da baş tutacaq məclisdə həmçinin, Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir.
Ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə stadionun rəsmi saytında elan yerləşdirilib.
Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacağı bildirilir. Qeyd edək ki, stadionun 68 min oturacaq yeri var.
Aktual.az