Olimpiya Oyunlarında İLK

Olimpiya Oyunlarında   İLK

Olimpiya Oyunlarında ilk dəfə qaçqınlar komandası iştirak edəcək.

Aktual.az report-a istinadən bildirir ki, bu komandanın tərkibinə 10 idmançı daxildir.
Onlardan beşi Keniyadakı Kakuma qaçqın düşərgəsində yaşayan Cənubi Sudan vətəndaşlarıdır. Son bir il ərzində onlar Keniyanın paytaxtı Nayrobidə hazırlıq keçib.

"Mən digər qaçqınlar və idmançılarla görüşmək istəyirəm. Əlbəttə ki, mən Braziliyanı da görmək istəyirəm. Bura gələndən çoxlu məşq etmişəm, nəticələrimi yaxşılaşdıra bilmişəm. Əvvəllər 400 metrlik məsafəni 85 saniyəyə qaçırdım, indi isə cəmi 1 dəqiqəyə bu məsafəni qət edirəm", - qaçqın idmançılardan biri olan Andjalin Naday bildirib.

Rio-de-Janeyrodakı olimpiadaya yollanacaq qaçqınlar arasında Suriya və Konqodan olanlar da var.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları avqustun 5-də başlayacaq.

Xəbər 619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR