Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyada koronavirusa yoluxanların sayı artıb.
Aktual.az xəbər verir ki, say artmasından sonra Tokio-2020 yarışının təxirə salına biləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Azərbaycan Nümayəndə heyətinin rəhbəri Fərid Mansurov isə verdiyi açıqlamada bunun mümkünlüyündən danışıb:
"Bu qərarı Tokio-2020-nin təşkilat komitəsi verəcək. Düzdür, yoluxma artarsa, bu mümkündür. Amma hazırki vəziyyət normaldır. Olimpiya kəndində hər şey öz axarında davam edir. İdmançılar məşqlərinə gedirlər və qayıdırlar”.
Xəbər 564 dəfə oxunub.