31 Mart 1918-də Azərbaycan torpaqlarında bir soyqırım yaşandı. Ermənilərin ruslarla birləşərək hələ bağımsızlığını qazanamamış Azərbaycanda Türk-Müsəlman xalqa, hətta yəhudi azlığa qarşı törətdiyi soyqırımı anma günüdür 31 Mart. Bəli, 1918-in 31 Mart günü də daxil tam beş gün içində ermənilər Bakı mərkəzli Azərbaycan torpaqlarında qadın, yaşlı, çoluq, çocuq demədən hər kəsi yandırıb yaxmışlar.
Əldə olan bəlgələrə görə, 30 Mart – 3 Aprel 1918 günləri arasında erməni silahlı çeteləri Azərbaycanın Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur (indi Ermənistan torpaqları içindədir), Qarabağ (bu an üçün Ermənistanın işğalı altındadır), Naxçıvan və başqa bölgələrində tam tamına bir soyqırım gerçəkləşdirmişlər.
Rəsmi bəlgələrdə 5 gün içində soyqırıma uğrayanların sayı 25 mindən artıqdır. Bəzən də bu rəqəmin daha böyük olduğu söylənir.
Olaylara tanıq olmuş Kulner adlı bir alman belə deyirdi: “Ermənilər müsəlman məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngüylə dəlik-deşik edirdi. Qətliamdan bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 Türk cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, bəzi orqanları doğranmışdı. Ermənilər çocuqlara acımadıqları kimi yaşlılara da aman verməmişdilər”.
Mənim 2012-ci ilin dekabr ayında yayınlanmış “Bir əsgərin yaşantıları” adlı kitabımda da toxunduğum bir mövzu var. Rəhmətlik anam 1970-lərdə söylərdi ki, Vələd babam 1918-lərdə kəndimizin dəliqanlılarından bir taqım quraraq Qubaya yardıma gedibmiş. Erməni çeteləri oralardakı kəndlərə hücum edirmiş. Anam deyirdi ki, erməni çeteləri minlərcə kəndlini öldürmüş, hətta bəzi kəndləri tam olaraq yandırıbmış. O üzdən babam kimi dəliqanlılar yaxın kəndlərdən gəncləri toplayaraq yardıma gedirmiş.
Mən anamın söylədiklərinə çox da inanmazdım. Çünki Sovet çocuğuydum, Sovetlər bizə erməniləri qardaş olaraq tanıdırdı. Biz də sadəlövh çocuqlar olduğumuz üçün böyüklərimizi deyil, Sovetləri dinlər, dövlətimizin propagandasına uyardıq. Başqa cür də ola bilməzdi zatən. Çünki totalitar bir rejimdə, dünyadan xəbərsiz “yer üzünün ən yaxşı ölkəsində” böyüməkdə olan çocuqların dövlətə inanmaması imkansızdı.
İndi anam haqqa qovuşmuş. Amma dediklərinin gerçək olduğu bəlgələrlə, dəlillərlə təsbit edilməkdədir. Bəli, mənim 1970-lərdə inanmadıqlarım bir gerçəkmiş.
2007-ci ildə bir inşaat zamanı Qubada toplu məzarlar tapıldı. Yüzlərcə insanın – çoxu qadın, kiçik çocuqlar, yaşlı insanlar olan mərhumların 1918 Quba soyqırımı zamanı ermənilər tərəfindən öldürüldüyü təsbit edildi. Anamın Sovetlər dönəmində mənə anlatdığı, mənim inanmadığım, babam Vələdin də yardıma gettiyi Quba məzalimi bir gerçəkmiş…
Quba toplu məzarlığı
Quba toplu məzarlığı
Mən də kitabımda yuxarıdakı kimi olayları xatirələr olaraq anlatmaqla anama güvənməmək kimi bir abdallığımın altından çıxmağa çalışmışam…
28 May 1918-də qurularaq 1920-ci ilin 28 aprel günü rus isğalı sonucu ləğv edilmiş Azərbaycan Xalq Cümhuriyyəti dönəmində gerçəkləşdirilmiş bəzi araşdırmalar da Ermənilərin Türk-Müsəlman xalqa yapdığı soyqırımı gözlər önünə sərməktədir.
Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Araşdırma Komissiyasının bəlgələrindən:
“1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər mülki insan qətl edilmişdir. Şamaxı Məscidi də daxil bir çox mədəniyyət abidəsi yandırılmış və dağıdılmışdır.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tam olaraq yandırılmış, insanları məhv edilmişdir.
1918-ci ilin 29 aprel günü Gümrü yaxınlığında çoxu qadın, çocuq və yaşlılardan ibarət olan 3 minə qədər Türk qaçqın pusquya düşürülərək son fərdinə qədər məhv edilmişdir.
Erməni silahlı çeteləri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 çocuğu öldürmüşdür. Qəza üzrə toplam 10068 Türk öldürülmüş və ya yaralanmışdır. 50 min Türk yurdlarını buraxıb qaçmaq zorunda qalmışdır.
İrəvan əyalətinin 199 kəndində yaşayan 135 min Türk məhv edilmiş, kəndlər isə büsbütün yox edilmişdir. Erməni çeteləri daha sonra Qarabağa hərəkət etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq kəsimində 150 kənd dağıdılmış, insanları məhv edilmişdir”.
31 Mart 1918 Azərbaycanlıların soyqırım günüdür, bəli…
What happened in Azerbaijan on March 31, 1918?
31 Mart 1918`de Azerbaycan`da ne oldu?
twitter.com/azerhasret.com
Aktual.az