1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarında atletikanın diskatma növündə qızıl medal qazanmış Ria Stalman dopinqdən yararlandığını etiraf edib.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə hollandiyalı qadın idmançı NOS telekanalına açıqlamasında deyib.
Hazırda 64 yaşında olan R.Stalman karyerasının son 2,5 ilində daim anabolik steroidlər qəbul etdiyini söyləyib. O, karyerasını elə həmin olimpiadadan sonra 32 yaşında ikən başa vurub.