"Olimpiakos" - "Qarabağ" matçı sükutla başlayacaq: UEFA-dan QƏRAR

  • İDMAN

Avropa Liqasının qrup mərhələsinin III turu üzrə "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək matç bir dəqiqəlik sükutla başlayacaq.
 
Aktual.az xəbər verir ki, UEFA "Arema" və "Persebaya" komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsinin yad olunması barədə qərar verib.
 
Qərara əsasən, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarından öncə bir dəqiqəlik sükut ediləcək.
 
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR