Olimpiadada qəribə olay - Suyun rəngi qəfil dəyişdi + Video

Olimpiadada qəribə olay   - Suyun rəngi qəfil dəyişdi + Video
  • İDMAN

Rioda keçirilən Yay Olimpiya Oyunlarında qəribə hadisə baş verib. 

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, suya tullanma yarışlarında hovuzun rəngi qəfildən yaşıl olub. Suya tullanma, sutopu və sinxron tullanma yarışlarının keçirildiyi “Maria Lenk” Su İdmanları Mərkəzindəki hovuzlardan birinin rənginin yarış zamanı yaşıla çevrilməsi hər kəsdə təəccüb yaradıb.

Açıq su idmanlarının keçirildiyi təsislərdəki su çirklənməsinə görə də tənqid olunan Rio-2016 Təşkilat Komitəsindən hadisə ilə bağlı açıqlama verilib. Komitədən bildirlib ki, suyun analizi aparılır, sağlamlıq baxımından isə hər hansı bir risk daşımır.

Rəng dəyişməsinin səbəbinin isə araşdırıldığı qeyd olunub. Ancaq olimpiadanın təşkilatçıları havaların isti və küləksiz keçməsi ilə əlaqədar suyun yosunlara görə rəng dəyişməsini istisna etmir. 



Xəbər 819 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR