Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Qarabağa gəlib.ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, Ohanyan Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən dayaq məntəqələrinə baş çəkib.
Müdafiə nazirini işğal edilmiş Azərbaycan torpaqlarına “Dağlıq Qarabağ Respublikası”nin yeni təyin olunan “müdafiə naziri”, general-leytenant Leva Mnatsakanyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Movses Akopyanla birlikdə gəlib.
Qeyd edək ki, Ohanyan ötən ay da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə gəlmişdi.
Aktual.az