Ohanyan: “Vardanyanın getməsinin mənfi nəticələri olacaq”

Ohanyan: “Vardanyanın getməsinin mənfi nəticələri olacaq”

"Mən Ruben Vardanyanın artsaxın dövlət naziri vəzifəsindən istefa verməsini istəməzdim. Bu qərarın Qarabağ (qondarma, oyuncaq "dqr” nəzərdə tutulur - red.) üçün mənfi nəticələri olacaq”.
Aktual.az erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində "Ermənistan” bloku fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
"Mən Ruben Vardanyanı Ermənistan və Qarabağ üçün uğurlu iş adamı, xeyriyyəçi kimi tanıyıram”, - deyə Xocalı qatili yerli media mənsublarına bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti qondarma "dqr”in öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmək fikrində deyil və bu işdən çoxdan əlini üzüb.(musavat)


Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR