ABŞ prezidenti Barak Obama vida nitqi ilə yanvarın 10-da çıxış edəcək.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Öz nitqimi hələ indi yazmağa başlayıram. Mən ona təşəkkür etmək, ölkənin son səkkiz ildə daha yaxşı olduğu istiqamətləri qeyd etmək, həmçinin bundan sonra hara doğru hərəkət etmək barədə fikirlərimi söyləmək üçün fürsət kimi baxıram", - deyə mətbuat xidməti Obamanın sözlərini sitat gətirib.
Ötən ilin noyabrında seçilmiş ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
Aktual.az
Xəbər 503 dəfə oxunub.