Türkiyə Prezidentinin Adminstrasiyası Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşünün ləğv edilməsinə dair informasiyaya malik deyil.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən məlumat verilib. “Bizim hazırda görüşün ləğv edilməsinə dair heç bir məlumatımız yoxdur. Hər hansısa bir məlumat əldə etsək mətbuata açıqlama verəcəyik”, - deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bir müddət öncə “The Wall Street Journal” Obamanın Türkiyə prezidenti ilə görüşdən imtina etdiyini yazıb.