Hər bir ölkə kimi, Türkiyənin də öz ərazi bütövlüyünü, hava məkanını qorumaq hüququ var.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Barak Obama Rusiyaya məxsus təyyarənin vurulmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.
Aktual.az