Obama və Ərdoğan razılığa gəldilər

Obama və Ərdoğan razılığa gəldilər
  • DÜNYA

ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayip Ərdoğan telefon danışığı zamanı İŞİD terror qruplaşması ilə mübarizədə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. 

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

"Obama, Suriyada ümummilli atəşkəsə və hakimiyyətlə müxalifət arasında siyasi danışıqların bərpa olunması üçün Türkiyənin regional oyunçularla əməkdaşlıq üzrə səylərini alqışlayıb”, - deyə məlumatda bildirilir.  

Tərəflər İraq və Suriyada İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyanın fəaliyyətində irəliləyişi qeyd ediblər, ABŞ və Türkiyə arasında əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.   

Ernestin məlumatına görə, Obama Yeni il gecəsi İstanbulda və dekabrın 17-də Kayseridə törədilən terror aktları nəticəsində çoxlu sayda insanların ölümü ilə bağlı Ərdoğana başsağlığı verib.    

"Bundan başqa Obama və Ərdoğan Kipr adasındakı vəziyyəti müzakirə ediblər və gələcək diplomatik proseslərin adada yunan və türk icmalarının iştirakı ilə federasiyanın yaradılmasına dair sazişin əldə olunması ilə nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər”, - deyə Ernest qeyd edib. 
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR