ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan "İraq-Şam İslam Dövləti" terror qruplaşmasını (İŞİD) məhv etmək cəhdlərini təsdiq ediblər.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə iki ölkə prezidenti telefonda söhbət edib.
Ağ evin yaydığı məlumata görə, Obama PKK-nın Türkiyə güc strukturu əməkdaşlarına hücumunu pisləyib və münaqişəni gərginləşdirməməyin zəruri olduğunu qeyd edib.