Obama Vaşinqton ştatında fövqəladə vəziyyət elan etdi

Obama Vaşinqton ştatında fövqəladə vəziyyət elan etdi
  • DÜNYA

ABŞ prezidenti Barak Obama meşə yanğınları ilə əlaqədar Vaşinqton ştatında fövqəladə vəziyyət elan edib.

Aktual.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Guardian” məlumat yayıb.

Obama həmçinin avqustun 13-dən yanğınların tüğyan etdiyi rayonların yerli hakimiyyət qurumlarına dəstək məqsədilə federal yardımın göndərilməsi ilə bağlı göstəriş verib.

Məlumata görə, Vaşinqton ştatından başqa, güclü meşə yanğınları həmçinin Montana, Oreqon, Aydaho və Kaliforniya ştatlarında da müşahidə olunur.

Qeyd edək ki, Vaşinqton ştatında meşə yanğınlarının söndürülməsi zamanı 3 yanğınsöndürən ölüb, 4-ü isə xəsarət alıb.

 
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR