Obama tərəfini seçdi: Harrisin yanındayıq!

Obama tərəfini seçdi: Harrisin yanındayıq!

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.
Aktual.az xəbər verir ki, bununla bağlı Obama Mişel Obamanın Harris ilə telefon danışığının videosunu X hesabında paylaşıb.
"Mişel və mən səni dəstəklədiyimizi, bu seçkidə qalib gələrək, Oval kabinetə girməyin üçün əlimizdən gələn hər şeyi etməkdən qürur duyacağımızı demək üçün zəng elədik”, - Obama bildirib.
Mişel Obama da Harris ilə qürur duyduğunu deyərək, bunu "tarixi hadisə” kimi dəyərləndirib.
Harris isə Obama cütlüyünə X hesabı üzərindən cavab yazaraq, onların dəstəyinə böyük önəm verdiyini bildirib.
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR