Obama təcili toplantı çağırdı

Obama təcili toplantı çağırdı
  • DÜNYA

ABŞ prezidenti Barak Obama Zika virusu səbəbindən yaradılan səhiyyə və milli təhlükəsizlik komitəsinin iclasını keçirib.

Aktual.az axar.az-a istinadən bildirir ki, prezident ağcaqanadlar vasitəsilə yayılan Zika virusu və bu virusdan qorunma yolları barədə məlumat alıb.

Ağ Evdən verilən bilgiyə görə, Obamaya virusun Qərb yarımkürəsində yayılmasının potensial iqtisadi təsiri haqqında məruzə edilib.

Xatırladaq ki, Dünya Sağlamlıq Təşkilatı Amerika qitəsində yayılan Zika virusu ilə bağlı xəbərdarlıq edib. İnfeksiyanın simptomları yüngül hərarət, başağrısıdır.

Virus artıq Qəraib ərazisində, Şimali və Cənubi Amerikanın 21 regionunda yayılıb. Virusa daha çox beyni yetərincə inkişaf etməmiş körpə uşaqlarda rast gəlinib. Hələ ki, virusun müalicəsi və ya vaksini tapılmayıb. Virusa ilk dəfə Afrikada rast gəlinib. 2015-ci ilin may ayında eyni xəstəliyə Braziliyada da təsadüf edilib. Hazırda virus Amerikada sürətlə yayılmaqda davam edir.

Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR