Amerikanın Rusiya barəsində cümə axşamı qəbul etdiyi sanksiyalar kiberhücumlarla əlaqədar "lazımi və adekvat cavabdır”.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu fikirlər ABŞ prezidenti Barak Obamanın bəyanatında yer alıb.
Ağ Ev rəhbəri qeyd edib ki, bu addımlar Rusiyanın ABŞ-da demokratiyanı pozmağa yönəlmiş hərəkətlərlə bağlıdır.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi haqqında məlumat yayıb.
Xəbər 214 dəfə oxunub.