“Rusiya öz rəhbərliyinin fəaliyyəti nəticəsində daha güclü hala gəlmir”.
Rusiya Federasiyasının milli lideri Vladimir Putinin fəaliyyəti Rusiyanın beynəlxalq oyunçu kimi mövqelərinin yalnız zəifləməsinə aparır. Onun həyata keçirdiyi işlər Rusiya üçün heç də yaxşı olmayan reputasiyanın yaranmasına səbəb olub.
Bu barədə ABŞ prezidenti Barak ObamaRusiya prezidenti Vladimir Putinin beynəlxalq siyasətdə onu üstələdiyi barədə suala cavab verərkən deyib.
“Məni təəccübləndirən odur ki, insanlar buna necə inanır, həm də təkcə mənim tənqidçilərim yox”, - deyə Obama söyləyib.
O xatırladıb ki, 2008-ci ildə ABŞ prezidenti seçilərkən ölkə dünya üzrə baş verən ciddi maliyyə böhranının nəticələrini yaşayırdı və eyni anda demək olar ki, təkbaşına iki müharibədə iştirak edirdi.
Amerikanın mövqeləri təxminən Rusiya ilə eyni, Çindən isə aşağı idi. Ölkədə iş yerlərinin sayı ayda 800 min azalırdı. Putin hakimiyyətə gələndə isə Rusiya iqtisadiyyatı yüksəlişdə idi və hökumət iqtisadiyyatın diversifikasiyasına hazırlaşırdı.
“Onun “möhtəşəm” ideyaları Rusiya iqtisadiyyatının bu il 4% kiçilməsinə gətirib çıxardı”, - Obama qeyd edib.
B.Obama Rusiyanın təcridindən və təkcə ABŞ-ın yox, bir vaxtlar Moskvanın yaxın ticarət tərəfdaşı olmuş ölkələrin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları xatırladıb.
“Putinin Yaxın Şərqdəki dostları yalnız Liviya və Suriyadan ibarətdir, bu dövlətlər isə hazırda dağılır. Əsəd rejimini xilas etmək üçün Putin bütün sünni dünyası ilə münasibətləri korlamaq bahasına da olsa, Suriyaya silah və əsgər göndərir”, - deyə ABŞ prezidenti, qeyd edib.
ABŞ prezidentinin fikrincə, Rusiya öz rəhbərliyinin fəaliyyəti nəticəsində daha güclü hala gəlmir, sadəcə olaraq daha böyük diqqət qazanır.
“Daha güclü oyunçu olaraq mən Rusiyanın öz vətəndaşlarının rifahını təmin edəcək inkişaf yoluna qayıtmasını təklif etdim. Çünki sanksiyalar altında olan və iqtisadiyyatı 4 faiz kiçilən biz deyilik”, - o deyib.
Putinin addımları yalnız onun ölkə daxilində reytinqinin artmasına səbəb olur.
“Dövlətin nəzarətində olan media varsa, bunu etmək asandır, lakin elə də müdrik addım deyil.”, - deyə ABŞ prezidenti vurğulayıb.