Obama: “Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”

Obama: “Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”

ABŞ seçiciləri prezident postuna namizəd Donald Trampa dəstək verməkdən əvvəl yaxşı götür-qoy etməlidirlər.

Aktual.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxış edərkən deyib.


“Dövlət başçısının üzərinə böyük məsuliyyət düşür. Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”, deyə B.Obama vurğulayıb. O, həmçinin ABŞ xalqının seçkilərdə ən layiqli namizədə səs verəcəyinə ümid etdiyini ifadə edib.

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR