Obama nüvə silahlarını müsəlmanlardan alır

Obama nüvə silahlarını müsəlmanlardan alır
  • DÜNYA

ABŞ Prezidenti Barak Obama gələn həftə Ağ Evdə Pakistanın Baş naziri Nəvaz Şərifi qəbul edəcək.

Görüşdə Pakistanın nüvə silahları və Talibanla mübarizə əsas müzakirə mövzusu olacaq.

Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Barak Obama dünən Ağ Evdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Talibanla sülh danışıqlarının yenidən başlanılması vacibdir. Obama Pakistanın sahib olduğu nüvə silahlarının təhlükəsizliyi barədə narahatlığını da etiraf edib.

Ağ Ev sözçüsü Joş Ernest keçirdiyi gündəlik brifinqdə Pakistan ilə nüvə texnologiyaları sahəsində əməkdaşlıq ediləcəyini deyib.

“ABŞ Pakistan ilə mütəmadi olaraq nüvə təhlükəsizliyinin əhəmiyyəti barədə dialoqa başlayıb. İki ölkə liderlərinin bu mövzuda danışacaqlarını təxmin edirəm. Pakistanın hazırladığı kiçik, qısa mənzilli nüvə silahlarının terrorçuların əlinə keçməsi ehtimalı bölgədəki ABŞ əsgərlərinin narahatlığına səbəb olub “, - Ağ Ev rəsmisi bildirib.

Xatırladaq ki, ötən ay Nəvaz Şərif Pakistanda keçirilən nüvə sınaqlarının dayandırması üçün ABŞ-ın sabiq prezidentinin ona 5 milyard dollar təklif etdiyini, lakin milli maraqlara görə, bu təklifi qəbul etmədiyini açıqlamışdı.

Pakistan dünyada nüvə silahına sahib olan yeganə müsəlman ölkəsidir. Rəsmi məlumatlara görə, ölkədə 100-120 ədəd nüvə başlığı var.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR