ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr ediləcək iclasını keçirəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, iclas Ağ Evdə keçiriləcək.
Görüşdə prezident administrasiyası, Mərkəzi Kəşfiyyat İdarəsi, Dövlət Departamenti və digər dövlət strukturlarının nümayəndələri iştirak edəcək.