Obama: “İŞİD olmasa da, dünyanda qeyri-sabitlik qalacaq”

Obama: “İŞİD olmasa da, dünyanda  qeyri-sabitlik qalacaq”
  • DÜNYA

"Beynəlxalq terrorizmin məhv edilməsi beynəlxalq təhlükəsizlik sisteminin qorunması üçün vacib şərtdir".

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Konqresdə “Ölkənin vəziyyəti barədə” çıxışında bəyan edib. O bildirib ki, beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir: “Birinci dərəcəli prioritet Amerika xalqının müdafiəsi və terrorçu şəbəkələrin məhv edilməsidir. "Əl Qaidə" və İŞİD qruplaşmaları bizim vətəndaşlarımıza birbaşa təhdid törədir”.

B. Obamanın sözlərinə görə, hətta İŞİD neytrallaşdırılsa belə, Yaxın Şərq, Əfqanıstan, Pakistan, Mərkəzi Amerika və Afrikanın müxtəlif bölgələrində onilliklər boyu qeyri-sabitlik qalmaqda davam edəcək. ABŞ prezidenti qeyd edib ki, terrorla mübarizədə qələbə çalmaq üçün Konqres silahlı qüvvələrinin ölkə sərhədlərindən kənarda istifadəsinə icazə verilməsi ilə bağlı qanun layihəsini təsdiqləməlidir.

B. Obamanın bu çıxşı onun prezident vəzifəsində Konqresdəki son nitqidir.

Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR