Obama İŞİD-lə bağlı iclas keçirəcək

Obama İŞİD-lə bağlı iclas keçirəcək
  • DÜNYA

Dekabrın 14-də ABŞ prezidenti Barak Obama Pentaqonda Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr olunmuş iclasını keçirəcək və bəyanatla çıxış edəcək.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Prezident Obama İŞİD-in məhv edilməsinə yönələn hərbi əməliyyatlarla bağlı məlumatlandırılacaq. O, milli təhlükəsizlik üzrə komandasına strategiyamızın müxtəlif aspektlərini qiymətləndirmək tapşırığını verib. Hazırda İŞİD-ə qarşı mübarizəyə dair strategiyamızda hər hansı yeniliyin olub-olmayacağı barədə məlumatım yoxdur”, deyə C.Ernest qeyd edib.

Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR