ABŞ prezidenti Barak Obama “İslam Dövləti” terror qruplaşmasını məhv edəcəyinə söz verib.
Bu barədə Aktual.az Oxu.Az-a istinadən xəbər verir.
“İŞİD-in məhv edilməsi sadəcə hədəfimiz deyil, biz bunu mütləq edəcəyik. Biz onları məhv edəcəyik” - Obama Kuala-Lumpurda ASEAN ölkələrinin liderlərinin görüşündə deyib.
ABŞ prezident həmçinin qeyd edib ki, İŞİD liderlərinə ov təşkil etmək, qruplaşmanın maliyyə kanallarını bağlamaq və yaraqlıların zəbt etdiyi əraziləri azad etmək niyyətindədir.