"İŞİD terror təşkilatı ABŞ üçün xüsusi təhlükə törətmir".
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CBS kanalına müsahibəsində deyib.
“İŞİD “Əl-Qaidə” kimi təhlükəli təşkilatdır. Amma biz öz müdafiəmizi olduqca möhkəm edirik. Mən dəfələrlə demişəm ki, yalnız İŞİD-ə qorxu ilə cavab verəcəyimiz və həyat tərzimizi dəyişəcəyimiz halda onlar qalib gələ bilər”.