ABŞ prezidenti Barak Obama bu gün "Böyük Yeddiliy"in (G7) iki günlük görüşündə iştirak etmək üçün Almaniyaya yola düşür. "Report" Amerikanın səsinə istinadən xəbər verir ki, müzakirələrin gündəliyində Ukrayna böhranı və Rusiyanın Ukraynadakı hərbi əməliyyatları yer alır.
1998-ci ildən G8-ə üzv olan Rusiya ötən il Ukraynadakı əməliyyatlara görə qurumdan xaric edilib.
ABŞ-ın müdafiə naziri Eşton Karter deyib ki, prezident Vladimir Putinin əməlləri Rusiyanın geriləməsinə səbəb olur. Nazir dünyanın irəlilədiyi bir zamanda Rusiyanın təkləndiyini bildirib.
BMT Ukrayna böhranının həlli üçün tərəfləri ilin əvvəlində əldə edilən atəşkəsin şərtlərinə əməl etməyə çağırır.
Aktual.az