ABŞ prezidenti Barak Obama azı 10 nəfərin həyatına son qoymuş daşqınlara görə Missuri ştatında fövqəladə vəziyyət elan edib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, 2015-ci ilin sonunda tornado, fırtına və leysan yağışlar ABŞ-ın 11 ştatını əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox sakin ölüb. Daşqınlardan ən çox Missuri ştatı zərər çəkib.