ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfər edib.
AzNews.az France Press agentliyinə istinadən xəbər verir ki, burada ABŞ prezidentinin kral Salman bin Əbdüləziz əs-Səud ilə görüşü planlaşdırılır. Səfər çərçivəsində Obamanın Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının sammitində iştirakı da gözlənilir.
Qeyd edək ki, şuranın tərkibinə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir.