ABŞ prezidenti Barak Obama və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, RİA Novosti-nin verdiyi məlumata görə, söhbət zamanı ABŞ prezidenti türkiyəli həmkarını İraqla münasibətlərdə gərginliyin azaldılması üçün səy göstərməyə çağırıb.
Obama həmçinin Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırıb.