ABŞ lideri Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvini açıqlayıb.
Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti `Fox News`-a müsahibəsi zamanı deyib.
Obama ən böyük səhvə Liviyada müharibə zamanı yol verdiyini etiraf edib: "Ola bilsin ki, bu, Liviyaya müdaxilədən sonrakı gün planın hazırlanmaması olub. Həmin vaxt mən bu əməliyyatın keçirilməsini düzgün addım hesab edirdim".
Obama ən böyük nailiyyəti kimi ölkə iqtisadiyyatının böyük depressiyadan çıxarılmasını göstərib.
Qeyd edək ki, martın 11-də Obama Liviyada yaşanan qarşıdurmaların günahkarlarının Avropa liderləri olduğunu bildirib. O, bu vəziyyətdə günahkar kimi sabiq Fransa prezidenti Nikolya Sarkozi və Böyük Britaniyanı baş naziri Devid Kemeronun adını çəkib.