ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp onun seçki kampaniyasını tənqid edən prezident Barak Obamaya cavab verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp “Twitter”də Obamanın “avamlıq üstünlük deyil” ifadəsini xatırladıb.
““Siyasətdə və həyatda avamlıq üstünlük hesab olunmur”. Bu, Obamanın ABŞ tarixində ən pis prezident olmasının əsas səbəbidir”, - deyə Tramp yazıb.
Qeyd edək ki, Obama mayın 15-də Nyu-Cersidə yerləşən Ratqer Universitetində çıxış edib. Öz çıxışı zamanı Obama Trampın ABŞ sərhədində divar tikmə, Amerikanı
yenidən böyütmək kimi təkliflərini sərt tənqid edib.