Obama ABŞ-da silah əleyhinə aksiya keçirənləri dəstəklədi

Obama ABŞ-da silah əleyhinə aksiya keçirənləri dəstəklədi

Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama ABŞ-da silah qanunvericiliyinin sərtləşdirilməsi uğrunda aksiya keçirənləri dəstəkləyib.

Aktual.az report.az-a istinadən bildirir ki, Ağ Evin keçmiş rəhbəri bu barədə "Twitter"də yazıb.
"Mişel (Obamanın xanımı-red) və mən etiraz aksiyasına çıxan bütün gənclərdən ruhlanmışıq. Bu ruhda da davam edin. Siz bizi irəli aparırsınız. Heç kim dəyişiklik tələb edən milyonlarla səsi susdura bilməz", - deyə Obama yazıb.

Qeyd edək ki, dünən ABŞ-ın bir sıra şəhərlərində yüz minlərlə insan silah satışı əleüyhinə etiraz aksiyaları keçirib. 
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR