"OBA market"in qadın satıcısı bıçaqlandı


Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, hadisə fevralın 16-da, saat 08:30 radələrində, Xətai rayonu, General Mehmandarov küçəsi, 39C ünvanında yerləşən "OBA market"də qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Gülnar Əliyeva satıcı işlədiyi "OBA market"də aralarında yaranmış məişət mübahisəsi zəminində tanışı, 1987-ci il təvəllüdlü Taleh Məmmədov tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Sabunçu Kliniki Xəstəxanasına yerləşdirilib və cərrahi əməliyyatı olunub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci Qəsədən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aaprılır.
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR