“O uşaqları öz cinayətlərinizə şərik edərkən heçmi utanmadınız?!” – DEPUTATDAN SƏRT SÖZLƏR...

“O uşaqları öz cinayətlərinizə şərik edərkən heçmi utanmadınız?!” – DEPUTATDAN SƏRT SÖZLƏR...

"Dünən dövri mətbuatda "Meydan TV” adı ilə fəaliyyət göstərən şeytan yuvasının  ifşasına həsr olunan materiallarla tanış oldum. Etiraf edim, hələ də şokdayam. O anlamda şokdayam ki, bu adamlar nəinki məlum cinayətkar şəbəkənin fəaliyyətində iştirakçı olublar, hətta doğmaları, yaxınları, qohumları sayılan azyaşlı uşaqları, 16-17 yaşlı tələbələri belə öz iyrənc əməllərinə alət ediblər".
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.  

"Yaramazlığın daha ötəsi olurmu? Məncə olmur. Görün, pul-para sevdası, anti-milli ruh, öz dövlətinə və millətinə qarşı nifrət hansı səviyyəyə qədər irəliləyib ki, bunların gözü heç nəyi görməyib.
 
Əlbət, hüquq müstəvisində adekvat cavab və cəza olacaq. Bu öz yerində. Amma bir də mənəvi tərəf var axı...Ay manqurtlar, ay hoqqabazlar, ay cinayətkar ünsürlər, ay mənəvi dəyərlərdən və ümumiyyətlə mənəviyyatdan qısır qalanlar! – O uşaqları cinayətkar fəaliyyətinizə cəlb edərkən heçmi utanmadınız? Heçmi içinizdə bir sızıltı olmadı? Axı onlar tələbədir və oxumağa gediblər. Və oxumağa ona görə gediblər ki, elm öyrənsinlər, ona görə getməyiblər ki, həmin müddətdə xalaları və anaları tərəfindən istifadə olunsunlar, cinayətə təhrik edilsinlər, pul daşıma prosesində poçtalyona çevirilsinlər.

Demək ki, sizin varlığınızdan bir tək dövlət və millət deyil, elə öz ətrafınızda, bir addımlığınızda qərarlaşan insanlar da ziyan görür! Çünki salamat adam deyilsiniz. Çünki bütün dəyərləri xarici piştaxtalarda 3 qəpiyə satacaq birilərisiz. Çünki sizi elə zombiləşdiriblər ki, qohum nədir, hətta doğma balalarınızı da gözlərinizi qırpmadan bada verərsiniz...” – deyə Partiya sədri fikirlərinə davam edib

Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR