"O məni xilas etdi, bir daha sübut etdi ki..." - Türkiyəli iş adamı


Aktual.az-ın redaksiyasına Türkiyə vətəndaşı Bülent Demirçi adlı şəxs müraciət edib.

O, bildirib ki, 5 ilə yaxındır ki, Bakıda yaşayır. Türk şirkətlərindən birində çalışır. Redaksiyaya müraciət etməsinə səbəb böyrəyində olan daş olub.

Müsahibimiz bildirir ki, böyrək daşı ilə bağlı Türkiyədə müayinə olunub. Ona sığorta şirkətinin hesabına böyrək daşı əməliyyatı keçirmək təklif olunub. Lakin gərgin iş qrafiki ilə bağlı o, bu təklifdən imtina etməli olub:

“İşim elə idi ki, əməliyyatı Azərbaycanda keçirməliydim. Ya da fəaliyyətimə ara verib, Türkiyəyə dönməli idim. Qərara gəldim ki, Azərbaycanda fəaliyyət göstərən uroloq-cərrahları araşdırım. Araşdırmalarım zamanı bəlli oldu ki, ölkəmizdə ən güclü uroloq-cərrah Araz Bayramovdur. Fransa təhsillidir, Cənubi Qafqazda ilk dəfə olaraq laporoskopik uroloji əməliyyat keçirib. Üz tutdum Dr. Araz Bayramovun qəbuluna. Doktor məni elə həmin gün laporoksopik üsulla heç bir ağrı, stress olmadan əməliyyat etdi. Cəmi iki günə evə yazdı. Hazırda əmək fəaliyyətimi də bərpa etmişəm. Aylardır məni narahat edən böyrək daşlarından heç bir kəsik olmadan azad olmuşam. Mən sizin portalınız vasistəsilə Dr. Araz Bayramova təşəkkür etmək istəyirəm”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransanın Lyon şəhərindəki Edouard Herriot adına Mərkəzi Hospitalında Urologiya ve Laparoskopik-Endoskopik Urologiya şöbəsində Uroloji Mütəxəssislik Uzmanlığını keçib. 2010 –cu ilin sentyabr ayında Avropa Uroloq Mütəxəssisi (European Board of Urology) adına layiq görülüb.

Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Fransada çalışdığı 2005-2010-cu illərdə uroloji-androloji cərrahiyyə üzrə uzmanlıq diplomu ilə yanaşı laparoskopik cərrahiyyə, androloji cərrahiyyə, mikrocərrahiyyə, robotik cərrahiyyə üzrə praktik və nəzəri sınaqlar üzrə diplomlara layiq görülüb.

Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji əməliyyat həyata keçirib.

Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib.

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri və Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.

// Aktual.az

Xəbər 6661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR