“O kəsilən ayaq səhnədə nələr etmişdi...”

“O kəsilən ayaq səhnədə nələr etmişdi...”

“Dünən aktrisa yoldaşlarımızla Muxtar Maniyevə baş çəkdik. O boyda sənətkardan əsər-əlamət qalmayıb”.

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a Xalq artisti Nuriyyə Əhmədova bildirib. M.Manıyevi xəstəxanada görən aktrisa hələ özünə gələ bilmədiyini deyir:

“Şəkər xəstəsi idi. Ayağı qaralma verib. Məcbur olub kəsiblər. Ayağını çox pis kəsiblər. O ayaqlar səhnədə nələr etmədi. Onun Azərbaycan kinosunda böyük xidmətləri olub. İndi belə bir aktyorun ayağı kəsilib. Allah heç kəsə xəstəlik nəsib etməsin. Bizi gördü uşaq kimi sevindi. Heç kəs xəstəliyə sevinməsin, pis şeydir”.

Onun sözlərinə görə, bütün sənət adamlarının borcudur ki, xəstəxanada olan həmkarına baş çəksin. Qeyd edək ki, M.Maniyev avqustun 11-də Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib”.

 
Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR