Xəbər verdiyimiz kimi, bu gün BMT Təhlükəsizlik Şurası Ermənistanın ərizəsi əsasında Qarabağdakı humanitar vəziyyətlə bağlı iclas keçirəcək.
Aktual.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq iclasda iştirak etmək üçün Ermənistan XİN başçısı Ararat Mirzoyan da Nyu Yorka gedib.
BMT-nin binası önündə isə erməni diasporun qondarma, saxta iddialarla kiçik aksiyaları da keçirilir. Ermənilər inanılmaz həyasızlıqla yalan və saxtakarlıq edir, hətta "Qarabağda acından ölən şəxsin şəkli” adı ilə fotolar da yayırlar. Qarabağın ermənilər yaşayan hissəsində indiyə qədər heç bir erməninin acından ölmədiyi hər kəsə məlumdur: əksinə, onların vaxtaşırı toy-düyün, ziyafətlər təşkil etdiyi, hətta içib, sərxoş olandan sonra Laçına qədər piyada getdikləri faktları məlumdur.
Bu yalan təbliğatına qarşı Azərbaycanı BMT TŞ-də qurumdakı daimi nümayəndəmiz Yaşar Əliyev təmsil edəcək.
Xəbər 355 dəfə oxunub.