Nyu-Yorkun Bruklin rayonunda naməlum şəxs Əmək gününə həsr edilmiş paradın iştirakçılarına atəş açıb. Hadisə nəticəsində Nyu-York ştatının qubernatorunun 43 yaşlı köməkçisi Endryu Kuomo başından aldığı yaradan həlak olub.
Bir neçə nəfər yaralanıb.
Keçən il yürüşdən öncə analoji hadisə baş vermişdi. O, zaman da kişi atəş açmağa başlamış, bir nəfəri öldürmüş və iki nəfəri yaralamışdı.
ABŞ-da hər il sentyabrın ilk bazar günündə Əmək gününə həsr edilmiş parad keçirilir. Bu yürüşdə bir milyondan çox adam iştirak edir. (oxu.az)