Amerikalı zərgər Nyu-Yorkdakı mağazasından brilyant oğurlanması barədə polisə məlumat verib.
Aktual.az Report-a istinadən xəbər verir ki, zinət əşyalarının dəyəri 5 milyondan 10 milyon dollara qədər olub.
Polisin məlumatına görə, dükan sahibi Conatan Bernbaum qiymətli əşyaların olduğu seyfi açıq saxlayıb. Oğurluq hadisəsi noyabrın 24-dən sonra baş verib, amma zərgər yalnız dekabrın 10-da polisə müraciət edib.
Polis istintaq araşdırması çərçivəsində mağaza işçiləri ilə sorğu-sual aparır.