Bu gün Nyu-York hava limanlarında 154 reys ləğv olunub, 208-i təxirə salınıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir.
Con Kennedi adına Beynəlxalq Hava Limanında güclü külək və şimşəklə müşayiət olunan şiddətli yağışla əlaqədar 57 reys ləğv olunub, 95-i təxirə salınıb. La-Quardia aeroportunda isə 97 uçuş ləğv, 113-ü təxirə salınıb.
ABŞ Meteoroloji xidməti qısa fasilədən sonra havanın yenidən pisləşəcəyini proqnozlaşdırır.