Nyu-York hakimiyyəti Federal Hökumətin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsizliyi üçün seçkilər dönəmində olduğu kimi yenə vəsait ödəməsinə nail olmağa çalışacaq.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Washington Post" yazıb. "İnetrfaks"ın verdiyi məlumata görə isə söhbət 35 milyon dollardan gedir.
Nyu-York meri Bill de Blazio "Trump Tower"in mühafizəsini maliyyə naziri postuna namizəd Stiven Mnuçinlə artıq müzakirə edib.
Daha öncə isə məlumat verilmişdi ki, D.Tramp vəzifəsinin icrasına başlayandan sonra onun həyat yoldaşı və oğlu bir müddət Manhettendə qalacaqlar, Beşinci Avenyudakı göydələnin mühafizəsi isə şəhərə 1 milyon dollara başa gələcək.
Xəbər 412 dəfə oxunub.